Soyuqdəyməyə vaxt yoxdur
İnfeksiyanın səbəbləri ilə – viruslar və bakteriyalarla mübarizə aparır. Orqanizmin müdafiə qüvvələrini möhkəmləndirir. Bəlğəmin və xəstəliktörədici bakteriyaların çıxarılmasına kömək edir. Soyuqdəymənin simptomlarını aradan qaldırır və sağalmanı sürətləndirir.
UMKALOR – soyuqdəymə zamanı bütün ailə üçün ilk yardımdır!
Umkalor – Almaniya istehsalı olan bitki tərkibli preparatdır, əsas komponenti olan – Pelargonium sidoides bitkisi sayəsində özündə eyni zamanda üç təsiri birləşdirir: virus əleyhinə, bakteriya əleyhinə və immunmodulyasiyaedici təsirlər.

İstifadəsinə göstərişlər: böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda tənəffüs yollarının, qulağın, boğazın və burnun kəskin və xroniki infeksion xəstəlikləri.
Soyuqdəymə xəstəliklərinin müalicəsi üçün, xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilmiş müasir dərman preparatıdır.
SUALLAR
Umkalor necə təsir edir?
Mikrob əleyhinə təsir edir, mukolitik xüsusiyyətlərə malikdir. Orqanizmin qeyri-spesifik rezistentliyinin artırılmasına kömək edir.
Umkalor preoparatının istehsalçısı kimdir?
Umkalor preparatının istehsalçısı – fitopreparatların istehsalı sahəsində dünya lideri olan Dr. Willmar Schwabe müəssisəsidir.

Dr. Willmar Schwabe şirkəti 1866-cı ildə Leypsiq (Almaniya) şəhərində təsis edilmişdir.

Hazırda Dr. Willmar Schwabe şirkəti bitkilərin yetişdirilməsindən tutmuş hazır dərmanların istehsalı və onların bütün dünyaya tədarük edilməsinədək mərhələli işin tam dövrünü həyata keçirən müəssisədir.

Unikal fitopreparatların istehsalı üçün bitki xammalının keyfiyyətinin yüksək olması mütləq şərtlərdən biridir. Bu cür nəticələr şirkətin Avropada, Çində, Cənubi Afrikada və ABŞ-da yerləşən plantasiyalarının yaradılması yolu ilə əldə edilir. Dr. Willmar Schwabe plantasiyalarında bitkilər ciddi nəzarət olunan şərtlərdə becərilir, məhsul isə bitkilərdə bioloji fəal maddələrin konsentrasiyası maksimuma çatanda yığılır.

Bitkilər yığılır və onların keyfiyyət tərkibi müəyyənləşdirilir, sonrakı emal üçün isə yalnız ciddi keyfiyyət standartlarına cavab verən bitki xammalı buraxılır. Sonra onlar yuyulur və qurudulur, daha sonra istehsal üçün Almaniyaya göndərilir, burada onlardan əvvəlcə konsentrasiyalaşdırılmış ekstrakt əldə edilir, daha sonra isə bu hazır ekstraktdan müxtəlif dərman formaları (şərbətlər, həblər, ekstraktlar) hazırlanır.

Dr. Willmar Schwabe müəssisəsində istehsalatın hər bir mərhələsi ciddi nəzarət altındadır. Beləliklə də, şirkət hər bir istehsalat partiyasında hər bir həbin tərkibində fəal komponentlərin sabit miqdarda olmasına və yüksək keyfiyyətə zəmanət verir.
Umkalorun tərkibinə nələr daxildir?
Umkalor Pelargonium sidoides bitkisindən alınır.

Pelargonium sidoides – Pelarqonium bitkisinin Cənubi Afrika cinsinin bir növüdür, bu cinsin 250 -dən çox növü vardır. Bu – əsasən Cənubi Afrikada, habelə Avstraliyada və Kiçik Asiyada bitən çoxillik ot və ya yarımkol bitkisidir.

Pelargonium sidoides və onun əsasında hazırlanmış preparatlar tibbi təcrübədə başlıca olaraq, yuxarı tənəffüs yollarının və QBB-orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəliklərinin müalicəsində istifadə edilir.

Dr. Willmar Schwabe Pharmaceuticals şirkətinin elmi laboratoriyasında Pelargonium sidoides bitkisinin kimyəvi tərkibi diqqətlə tədqiq edilmişdir.

Onun tərkibində 65-dən artıq fəal bioloji birləşmə aşkar edilmişdir: umkalin, qall turşusu və onun törəmələri, kumarinlər, flavonoidlər (kversetin), flavon-3-ollar (afzelisin, katexin, qallokatexol), fitosterollar, kofein turşusu, mikroelementlər (dəmir, sink, manqan, mis, stronsium).

Farmakoloji cəhətdən fəal Umkalin başqa heç bir bitkinin tərkibində yoxdur.

Sonralar Pelarqonium sidoides bitkisinin köklərindən orijinal EPs® 7630 ekstraktı yaradıldı.

Hazır ekstraktın tərkibindəki bioloji fəal maddələrin unikal uyğunluğu soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı nəzərə çarpan müalicəvi təsir göstərir. Ekstraksiyanın bütün qaydalarına əməl edilməsi – hazır preparatın effektivliyinin əsas təminatıdır.
Umkalor preparatının əsas xüsusiyyətləri hansılardır?
  • İnfeksiyanın səbəbləri ilə - viruslarla və bakteriyalarla mübarizə aparır.
  • Orqanizmin müdafiə qüvvələrini möhkəmləndirir.
  • Bəlğəmin və xəstəlik törədici bakteriyaların çıxarılmasına kömək edir.
  • Ağırlaşmaların inkişafının qarşısını alır.
  • Soyuqdəymənin simptomlarını aradan qaldırır və sağalmanı sürətləndirir.
Umkalor necə qəbul edilməlidir ?
Umkalor damcıları

Səhər, günorta və axşam yeməkdən 30 dəqiqə əvvəl az miqdarda maye ilə qəbul edilməlidir.

Xəstəliyin kəskin mərhələsində adətən aşağıdakı dozalarda təyin edilir:

  • böyüklərə və 12 yaşdan yuxarı uşaqlara — 30 damcıdan sutkada 3 dəfə;
  • 6 yaşdan 12 yaşadək uşaqlara — 20 damcıdan sutkada 3 dəfə;
  • 1 yaşdan 6 yaşadək uşaqlara — 10 damcıdan sutkada 3 dəfə.
Residivlərin profilaktikası və xroniki xəstəliklərin sonrakı müalicəsi üçün böyüklərə və 12 yaşdan yuxarı uşaqlara 10-20 damcıdan sutkada 3 dəfə təyin edilir.
Kəskin xəstəliyin müalicəsinin və residivlərin profilaktikasının orta müddəti 7-10 gündür. Müalicənin ümumi müddəti 3 həftədən çox olmamalıdır.

Umkalor həbləri.

  • böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: 1 həb olmaqla sutkada 3 dəfə (səhər, günorta və axşam);
  • 6 yaşdan 12 yaşadək uşaqlara: 1 həb olmaqla sutkada 2 dəfə (səhər və axşam).
Umkaloru çeynəmədən, az miqdarda maye ilə qəbul etmək məsləhət görülür.

Bundan əlavə, xəstəliyin residivinin qarşısını almaq üçün xəstəliyin simptomları keçib getdikdən sonra preparatın qəbulunu bir neçə gün də davam etdirmək tövsiyə olunur.

Müalicə kursunun orta müddəti — 7-10 gündür. Müalicə müddəti 3 həftədən artıq olmamalıdır.

Təyin edilmiş dozalanmaya əməl edilməsinə baxmayaraq, xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilmirsə, xəstə bu barədə həkimə məlumat verməlidir.
BİZİMLƏ ƏLAQƏ
© Alpen Pharma AG Azerbaijan. 2017. Bütün hüquqlar qorunur
Qeydiyyat şəhadətnaməsi DV № 16 - 00391 от 14.11.2016